Yüz illərin işğalına və ərazi itkisinə qarşı sinə gərən Müzəffər Ali Baş Komandan İlham Əliyev 26 may 2022-ci il tarixdə Zəngilan rayonuna səfər etdi. Bu səfərində o, keçmiş məcburi köçkünlərin qayıdışı üçün pilot layihə kimi nəzərdə tutulan Zəngilanın Ağalı kəndində aparılan tikinti quruculuq işləri ilə tanış oldu. Eyni vaxtda Birinci Vitse Prezident Mehriban xanım Əliyeva ölkə prezidenti və onun köməkçisi ilə birlikdə Heydər Əliyev Fondunun dəstəyi ilə Zəngilanda inşa ediləcək məscidin tikintisi ilə tanış oldu. Zəngilanda erməni vandallarının törətdiyi dağıntıları, Azərbaycan Ordusunun əraziləri işğaldan azad etdiyini özündə ehtiva edən "İşğal və Zəfər" muzeyləri memorial kompleksinin bünövrəsi qoyuldu. Azərbaycanın təbiətini daim gözəl və şəffaf görmək istəyən Cənab Prezident İlham Əliyev Zəngilanın məşhur çinarlarını seyr etdi. Burada çalışan tikinti şirkətlərinin nümayəndələri ilə görüşündə ölkə başçısı qurulan və gələcəkdə qurulacaq bütün infrastruktur layihələrin Azərbaycan xalqının gələcəyi ilə bərabər Beynəlxalq əhəmiyyətə malik olacağını bildirdi. Bölgədə fəaliyyət göstərəcək dəmiryol, şosse və hava nəqliyyatı bu işlərin Beynəlxalq əhəmiyyətə malik olduğunun bariz nümunəsidir. Cənab Prezidentin bu səfərində çay qırağında təbiəti seyr etməsi yaxın zamanlarda üçrəngli bayrağımızın Xocalıda, Xankəndində, Ağdərədə dalğalanacağına, növbəti səfərlərin Sərsəng su bəndinə olacağına işarədir.Aydın HƏSƏNOV, Xocalı şəhər 1 saylı tam orta məktəbin müəllimi